Bakının bu hissələrində su olmayacaq

Bakının bu hissələrində su olmayacaq
SOSİAL

26 yanvar 2021, 18:09

Mətn ölçüsü

Ceyranbatan-Binəqədi magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar bəzi ərazilərdə suyun verilişində fasilə yaranacaq.

Bu barədə News24.az-a “Azərsu” ASC-dən məlumat verilib. Bildirilib ki, sabah gün ərzində Abşeron, Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.