AMEA-da kadr dəyişikliyi olub

AMEA-da kadr dəyişikliyi olub
SOSİAL

28 yanvar 2021, 18:09

Mətn ölçüsü

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) kadr dəyişikliyi olub.

News24.az xəbər verir ki, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov vəzifəsindən azad edilib.

Professor Elton Məmmədov isə Radiasiya Problemləri İnstitutunun baş direktoru təyin olunub.

E.Məmmədov daha əvvəl akademiyanın İşlər idarəsinin müdiri vəzifəsində çalışırdı.

O.Səmədov bundan sonra institutun laboratoriyasında çalışacaq.