Bu gün əyani dərsə başlayan şagirdlərin sayı açıqlandı

Bu gün əyani dərsə başlayan şagirdlərin sayı açıqlandı
SOSİAL

01 fevral 2021, 11:24

Mətn ölçüsü

Bu gündən ibtidai siniflər üzrə əyani təhsil Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa edilib.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, bu siniflər üzrə 628 651 şagird əyani olaraq tədrisə başlayıb. Məktəbəhazırlıq qruplarında 103 604 uşaq, həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında isə 9207 uşaq tədrisi ənənəvi olaraq davam etdirir.