BŞİH-dən ünvanlarına səslənən iradlara MÜNASİBƏT

BŞİH-dən ünvanlarına səslənən iradlara MÜNASİBƏT
SOSİAL

25 fevral 2021, 19:29

Mətn ölçüsü

“Bütün yollara Bakı şəhər İcra Hakimiyyəti baxmır”. 

Bunu News24.az-a açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov bildirib.

O qeyd edib ki, səlahiyyətlərində olan bütün yollar duzla təmin edilib: “Bizim nəzarətimizdə olan yollara duz səpilir. Digərlərini isə rayon icra hakimiyyətləri və bələdiyyələr təmizləyir. 2 mindən çox canlı qüvvəni bu işə təhkim etmişik. 50 ədəd texnika üç gündür ki, dayanmadan şəhərdə çalışır. Ancaq bəzi yerlər var ki, oraya texnikanın girməsi mümkün deyil. O əraziləri bizim əməkdaşlarımız bellər vasitəsilə təmizləyirlər. Dünya praktikasında da canlı qüvvənin əməyindən istifadə çoxdur. 

Biz rəsmi olaraq müraciət qəbul etdikdə, kənara çəkilib bizlik olmadığını demirik. Dərhal aidiyyəti quruma müraciət edib, onlara təhkim olunan küçənin təmizlənməsini xahiş edirik”.