Azərbaycanda geniş pul kütləsinin həcmi azalıb

Azərbaycanda geniş pul kütləsinin həcmi azalıb
SOSİAL

27 fevral 2021, 14:00

Mətn ölçüsü

Bu il fevralın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 28 112,3 milyon manat təşkil edib.
"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, yanvarın 1-i ilə müqayisədə 3,7%, ötən il fevralın 1-nə nisbətən isə 1,5% azdır.
Yanvarın sonuna manatla geniş pul kütləsinin həcmi 19 488,3 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 4% az, illik müqayisədə isə 8,6% çoxdur.