Badamdarda SON VƏZİYYƏT - FOTOREPORTAJ

Badamdarda SON VƏZİYYƏT - FOTOREPORTAJ
SOSİAL

08 mart 2021, 17:28

Mətn ölçüsü

Bu gün Bakının Səbail rayonu, Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib. 

News24.az-ın məlumatına görə, hadisə nəticəsində yaxınlıqda olan restoranın pəncərəsi sınıb. 

Fövqəladə Hallar Nazirliyi məsələ ilə bağlı məlumat yayıb:

“Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyi tərəfindən yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə əsasında hazırda torpaq axıntısı baş vermiş yamacın yuxarı hissəsində hər birinin diametri 3,5 metr, dərinliyi 30 metr olan 3 ədəd drenaj quyusu qazılmaqdadır. Həmin quyulardan birində artıq işlər yekunlaşıb, digər 2 quyuda isə işlərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur. Bildiririk ki, drenaj quyularında işlər bitdikdən sonra ərazidən sürüşməyə səbəb olan qrunt suları tamamilə kənarlaşdırılacaq. Bundan sonra isə yamacda başlanılmış terraslaşdırma işləri davam etdiriləcək, avtomobil yolu boyu dəmir-beton istinad divarı inşa ediləcək. Bununla da ərazidə sürüşmə-uçqun proseslərinin qarşısı alınacaq. Bu gün baş vermiş lokal axıntı gözlənilən idi. Məhz bu səbəbdən əvvəlki sürüşmələr zamanı yola yığılmış torpağın sahədən operativ kənarlaşdırılması həyata keçirilmir.

Drenaj quyularının hər üçünün mümkün qədər qısa müddətdə istismara verilməsi üçün əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub və işlər qrafik üzrə davam etdirilir”.

Qeyd edək ki, Badamdar şosesinin təmizlənən hissəsi yenidən torpaq altında qaldığından yol bağlanıb. 

Görüntüləri təqdim edirik:

Məhərrəm Əliyev
Foto: Teymur Məmmədov