Yol polisi çiçək payladı – FOTO/VİDEO

Yol polisi çiçək payladı – FOTO/VİDEO
SOSİAL

08 mart 2021, 18:42

Mətn ölçüsü

Hər il olduğu kimi bu ildə Bakı Şəhər Dövlət Yol Polisi qadın sürücüləri, eləcə də yol hərəkəti iştirakçılarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov News24.az-a açıqlamasında bildirib ki, bu məqsədlə sürücülərlə maarifləndirici söhbətlər aparılır və əməkdaşlar tərəfindən xanım sürücülərə hədiyyələr təqdim olunur.  


Xanımlar onlara göstərilən diqqətə görə yol polislərinə təşəkkürlərini bildiriblər. 

Qurum rəsmisi qeyd edib ki, 8 mart münasibəti ilə təşkil olunan tədbirlər gün ərzində davam etdiriləcək.

Müxbir: Məhərrəm Əliyev
VİDEO: Teymur Məmmədov



YouTube