Putinlə Bayden bu tarixlərdə görüşə bilərlər

Putinlə Bayden bu tarixlərdə görüşə bilərlər
SOSİAL

19 mart 2021, 14:18

Mətn ölçüsü

"ABŞ prezidenti Cozef Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında mümkün görüş martın 19-u, yaxud 22-i baş tuta bilər".

News24.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov V.Putinlə C.Bayden arasında danışıqların tarixi barədə sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, V.Putin danışıqların ya cümə, ya da bazar ertəsi (martın 19-u və ya 22-si) olacağını deyib. D.Peskov bildirib ki, iki ölkə liderinin danışıqları üçün diplomatik kanallar vasitəsilə tədbirlər görülür. Mətbuat katibi görüşün video-konfrans formatında keçirləcəyini qeyd edib.

O, prezidentlərin birinci təmasının təşəbbüskarının ABŞ olduğunu da vurğulayıb. D.Peskov söyləyib ki, bu dəfəki görüşün təşəbbüskarı V.Putindir.

ABŞ prezidentinin mətbuat katibi Cen Psaki isə bir müddət əvvəl bildirib ki, C.Baydenin Corciyada işi çox olduğundan Ağ Ev V.Putinlə birbaşa görüş barədə qərar qəbul etməyib. /Report/