Gələn həftədən bütün təhsil işçiləri vaksinasiya olunacaq- ƏMRULLAYEV

Gələn həftədən bütün təhsil işçiləri vaksinasiya olunacaq- ƏMRULLAYEV
SOSİAL

03 aprel 2021, 17:05

Mətn ölçüsü

Növbəti həftədən yaşdan asılı olmayaraq, bütün təhsil işçiləri vaksinasiya olunmağa başlayacaq.

News24.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları 
cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, hazırda 40 yaşdan yuxarı insanlar vaksinasiya olunur: “Amma hansı təhsil müəssisəsində çalışmasından asılı olmayaraq, hər kəsə vaksinlərin vurulmasına başlanılacaq. İnanırıq ki, növbəti tədris ilindən ənənəvi tədrisə qayıtmağımız mümkündür. Lakin bu, vaksinasiya ilə mümkündür”.

Aprelin 5-dən yaşından asılı olmayaraq, bütün təhsil işçiləri vaksinasiyadan keçəcək. Təhsil Nazirliyi aidiyyəti səhiyyə qurumları, o cümlədən, yerli icra hakimiyyəti orqanları ilə birlikdə vaksinasiyanın keçirilməsi üçün çalışır. Məktəblərdə, ayrı-ayrı bölgələrdə vaksinasiya məntəqələri fəaliyyət göstərir. 95 faizədək təhsil işçisinin vaksinasiyadan keçməsi nəzərdə tutulub. Sentyabr ayınadək prosesin yekunlaşması planlaşdırılır”.