Nazir: Bağçalar bağlanmayacaq

Nazir: Bağçalar bağlanmayacaq
SOSİAL

03 aprel 2021, 17:20

Mətn ölçüsü

"Bağçaların bağlanması ilə bağlı mediada xəbərlər getdi. Amma bildirmək istəyirəm ki, qarşıdakı günlərdə məktəbəqədər təhsil müəssisələrində fəaliyyət dayandırılmayacaq".

 

News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında canlı yayımda sualları cavablandırarkən bildirib.

 

E. Əmrullayev bununla bağlı işləyən valideynlərdən, həmçinin özəl sektordan müaraciətlər daxil olduğunu deyib:

 

"Ona görə də növbəti həftə bağçalar bağlanmır, fəaliyyəti davam etdiriləcək".