Bakıda ana yeni doğulmuş körpəsindən imtina etdi - FOTO
    • 27-10-2018, 11:15
    • 1 092

Bakıda ana yeni doğulmuş körpəsindən imtina etdi - FOTO

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin Sığınacağına müraciət edən qadın yeni dünyaya gətirdiyi körpəsini sığınacağa təhvil verib. 

Adı açıqlanmayan qadın bu addımının səbəbini uşağı qeyri-rəsmi münasibətdən dünyaya gətirməsi ilə əlaqələndirib.
"Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova uşağın körpələr evinə yerləşdiriləcəyini deyir:
"Əlbəttə ki, dövlət müəssisəsinə yerləşdiriləcək. Çox heyif! Bunun acısını isə gələcəkdə bu körpə çəkəcək".
Sığınacağın rəhbəri deyir ki, anaya uşaqdan imtina etməmək təklif edilsə də, qərarının ancaq və ancaq qeyri-rəsmi münasibətdən dünyaya gətirdiyi körpəsindən qurtulmaq olub."Əslində qadına uşağını atmazsa ona dəstək olacağımızı təklif etdik. Razılaşmadı, bu dəstəyimizdən imtina etdi və qırarının uşağı sığınacağımıza təhvil vermək olduğunu bildirdi" - M.Zeynalova təəssüflə bildirdi.
//baku.ws