Bölgələrdəki marşrut avtobusları yenilənəcək

Bölgələrdəki marşrut avtobusları yenilənəcək
SOSİAL / SİYASƏT

27 oktyabr 2018, 14:00

Mətn ölçüsü

Bölgələrdəki marşrut avtobuları yenilənəcək.
Hazırda regionlardakı avtobusların 77 faizinin yaş həddi 10 ildən artıqdır. Növbəti 5 ildə isə ölkədəki avtobus parkının yaş həddi 10 ildən aşağı salınacaq. Bu məqsədlə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən Sumqayıt və Gəncədən başqa ölkədəki bütün daşıyıcılar qarşısında tələb qoyulub. Tələblərdə həm şəhərlərarası, həm də müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların yeniləri ilə əvəzlənməsi öz əksini tapıb.
Artıq avtobusların yenilənməsi prosesinə başlanılıb. Qubada şəhərdaxili 1 saylı marşrut xəttində mövcud olan köhnə avtobusların bir qismi yeniləri ilə əvəz edilib.
Növbəti aylarda isə 1 saylı marşrut xəttindəki digər avtobuslar da yeniləri ilə əvəzlənəcək