"Azərişıq"onlayn şəbəkəyə qoşulma sistemini təqdim etdi

"Azərişıq"onlayn şəbəkəyə qoşulma sistemini təqdim etdi
SOSİAL

16 aprel 2021, 15:37

Mətn ölçüsü

"Azərişıq" ASC istehlakçıların elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulması üçün yeni elektron xidmətini istifadəyə verib.

News24.az xəbər verir ki, bu məqsədlə keçirilən mətbuat konfransında çıxış edən qurumun sədrinin müşaviri Fərrux Heybətov təmsil etdiyi qurumun pandemiya dövründə istehlakçıların sağlamlığına da diqqət yetirdiyini bildirib: "Təqdim etdiyimiz bu xidmət vasitəsi ilə abunəçilər evdən və ya ofisdən çıxmadan elektrik enerjisi şəbəkəsonə qoşula bilərlər. Bu günə qədər artıq bu xidmət vasitəsi ilə 4000-ə yaxın müraciət daxil olub".

"Azərişığ"ın İnformasiya texnologiyaları departamentinin rəisi Qalib Həmidov isə bildirib ki, ölkə başçısının müvafiü sərəncamına uyöun olaraq qurum bir çox xidmətlərini elektronlaşdırıb: "Artıq 19 xidmətimizi elektronlaşdırmışıq. Məhz abunəçilərin elektik şəbəkəsinə qoşulmaq üçün olan bu xidmət abunəçiyə imkan verir ki, 20 gün müddətində heç bir növbə gözləmədən şəvəkəyə qoşulmaq üçün müraciət eləsin. Əgər istehlakçı istəsə əlavə ödəniş etməklə bu müddəti 10 günə qədər azalda bilər".

Departament rəhbərinin sözlərinə görə, "Azərişığ"ın təqdim etdiyi bu xidməti Dünya Bankının "Doing Business" hesabatı üzrə ekspertləri yüksək qiymətləndirib.