Aprelin 21-də MİQ müsabiqəsinin müsahibə mərhələsinə başlanıldı

Aprelin 21-də MİQ müsabiqəsinin müsahibə mərhələsinə başlanıldı
SOSİAL

16 aprel 2021, 18:42

Mətn ölçüsü

Aprelin 21-də 2020-2021-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir.

Təhsil Nazirliyindən  News24.az-a verilən məlumata görə, müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat göndərilib.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmağı tövsiyə olunub.