Azərbaycanda vaksinasiya edilən müəllimlərin SAYI BƏLLİ OLDU

Azərbaycanda vaksinasiya edilən müəllimlərin SAYI BƏLLİ OLDU
SOSİAL

08 may 2021, 17:20

Mətn ölçüsü

Bakı, Sumqayıt və Abşeron məktəblərində təhsil işçilərinin vaksinasiya ilə bağlı prosesi əhatə etmək üçün 10 səyyar məntəqə ayrılıb.

News24.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bu günə qədər 57 minə yaxın müəllim vaksinasiya olunub: “Bu, 50 yaşdan yuxarı şəxslər arasında ölkə üzrə 64-65 faiz təhsil işçisinin vaksinasiya olunduğu deməkdir. 50 yaşdan yuxarı olan hər üç müəllimdən ikisinə vaksin vurulub. İnanıram ki vaksinasiya bizi əyani təhsilə qaytara biləcək ən asan yoldur.

40 yaşdan yuxarı olan təhsil işçilərindən isə 28 500 nəfər vaksinasiyadan keçib. Aprel ayından yaşından asılı olmayaraq, vaksinasiya prosesi əl çatandır. Son günlərdə 120 minə qədər, yaxud 53 faiz təhsil işçisi vaksinasiyadan keçib. Vaksinasiya prosesindən keçməyən təhsil işçilərinin də bu prosesə cəlb olunmasını tövsiyə edirik. Bu, təhsil sisteminin də normala qayıtması üçün vacibdir. Peyvənd olunan təhsil işçiləri arasında heç bir neqativ hal müşahidə edilməyib. Sentyabra qədər təhsil içkilərinin 80-90 faizi vaksinasiya olunarsa, həm təhsildə, həm də cəmiyyətdə normal həyata qayıda bilərik”.