7 gün ictimai nəqliyyat işləməyəcək

7 gün ictimai nəqliyyat işləməyəcək
SOSİAL

09 may 2021, 09:10

Mətn ölçüsü

Bu gündən Ramazan bayramı ilə əlaqədar 1 həftə bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

News4.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.
Qərara əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Azərbaycan ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş həftəsi mayın 16-dan başlayacaq.