Bakıda sıxlıq müşahidə olunan KÜÇƏLƏR AÇIQLANDI - FOTOLAR

Bakıda sıxlıq müşahidə olunan KÜÇƏLƏR AÇIQLANDI - FOTOLAR
SOSİAL

11 may 2021, 18:09

Mətn ölçüsü

Hazırda H. Əliyev prospekti hava limanı istiqamətində (“Koroğlu” m/st-nın qarşısı), H. Əliyev prospekti kənar yol şəhər istiqamətində və R. Behbudov-A. Bakıxanov küçələrinin kəsişməsində təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Məlumatda qeyd olunub ki, daha çox sıxlıq halı “Böyük Şor” qovşağının üstündə və R. Behbudov küçəsində müşahidə olunmaqdadır.