İkinci Elizabet taxt-tacı oğluna təhvil vermək niyyətindədir

İkinci Elizabet taxt-tacı oğluna təhvil vermək niyyətindədir
SOSİAL / SİYASƏT

31 oktyabr 2018, 14:03

Mətn ölçüsü

Böyük Britaniya kraliçası İkinci Elizabet taxt-tacı böyük oğlu Uels şahzadəsi Çarlza verməyi düşünür.

Daily Mirror” qəzeti xəbər verir ki, kraliça Elizabet taxt-tacdan üç ildən sonra, 95 yaşında getmək fikrindədir. 
Qəzetin məlumatına görə, əlahəzrət kraliça oğlunu regent şahzadə statusu ilə taxt-taca gətirməyi düşünür. Yəni şahzadə Çarlz əslində, “bütün mənalarda” kral olsa da, rəsmi olaraq Elizabet ömrünün sonunədak “millətinin qulluğunda” duracaq.
Bundan əvvəl İngiltərədə yalnız kral Dördüncü Corc (1762-1830) atası Üçüncü Corc (1738-1820) ağır xəstəliyə tutulduğuna görə 1810-1820-ci illərdə regent qismində ölkəni idarə etmişdi.