Benzinin qiymət artımı avtobuslarda gediş haqqına təsir edəcəkmi? - RƏSMİ AÇIQLAMA

Benzinin qiymət artımı avtobuslarda gediş haqqına təsir edəcəkmi? - RƏSMİ AÇIQLAMA
SOSİAL / İQTİSADİYYAT

02 iyun 2021, 12:55

Mətn ölçüsü

Gecə saatlarında ölkə ərazisində “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik qalxaraq 1.40 AZN olub. Bu da öz növbəsində əhali arasında avtobuslardakı gediş haqqının artacağı ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb olub. 

Tarif Şurasından News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yerli istehsal olan “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

Həmin məhsul üzrə sonuncu dəfə 2021-ci ilin 4 yanvar tarixində qiymət tənzimlənmsi aparılıb və 1 litr üçün 1 manat müəyyən olunub. Yəni, “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətində dəyişiklik yoxdur və əvvəlki kimi - 1 manat/litr təşkil edir.

Aİ-95 və Aİ-98 markalı benzinlərin satış qiyməti isə tənzimlənmir.  

Teymur Məmmədov Teymur Məmmədov