Vaksinasiyadan keçən təhsil işçilərinin sayı bəlli oldu

Vaksinasiyadan keçən təhsil işçilərinin sayı bəlli oldu
SOSİAL

10 iyun 2021, 20:30

Mətn ölçüsü

"Növbəti tədris ilində ənənəvi təhsilə qayıtmağın tərəfdarıyıq. Gündəlik vaksinasiya sayı kifayət qədər yüksəkdir".

News24.az xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, 4 620 nəfər yoluxduğu üçün, 3400 nəfər digər səbəblərdən, yəni xəstəlik, hamiləlik, antitel olduğu üçün vaksinasiya olunmayıb. 3000-ə yaxın şəxs həkimdən arayış gətirdiyi üçün peyvənd edilməyib, cəmi 2500 nəfər imtina edib.
"Hamının vaksinasiya olunmasını tövsiyə edirəm”- deyə, nazir qeyd edib.