Baş İdarəyə yeni rəis təyin olundu - FOTO
    • 6-11-2018, 10:00
    • 1 233

Baş İdarəyə yeni rəis təyin olundu - FOTO

Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Cəlil Məlikov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Noyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yeni rəisi kollektivə təqdim olunub.

Qeyd edək ki, Cəlil Bəhram oğlu Məlikov 1984-cü ildə Bakı şəhərində anadan olub.

2004-cü ildə Bakı Dövlət Universitetini bitirib. 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyində, daha sonra Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

 Son təyinata qədər mədəniyyət nazirinin köməkçisi vəzifəsində çalışıb.

//Milli.az