Qənirə Paşayeva Türkiyəyə bilet qiymətləri ilə bağlı AZAL-a müraciət etdi

Qənirə Paşayeva Türkiyəyə bilet qiymətləri ilə bağlı AZAL-a müraciət etdi
SOSİAL

25-06-2021, 11:41

Mətn ölçüsü

“Bizə çoxsaylı Türkiyə vətəndaşları Azərbaycana gəlmək istədikləri barədə müraciət edirlər. Ancaq bildirirlər ki, Azərbaycana gəliş qiymətləri digər ölkələrə getməkdən çox bahadır”. 

Bunu deputat Qənirə Paşayeva parlamentdə deyib.  O qeyd edib ki, həmçinin ölkəmizdən də Türkiyəyə gedən çox sayda vətəndaş var: 

“Tələbələr, xəstəliklə bağlı Türkiyəyə gedənlər var. Mən buradan AZAL-a müraciət edirəm. Qiymətlərə yenidən baxılsın, onun əlçatan olması məsələsinə nəzər salınsın”. /Qafqazinfo/