4 medalla təltif edilən qazimiz Vasif Dilavərzadə - FOTO

4 medalla təltif edilən qazimiz Vasif Dilavərzadə - FOTO
SOSİAL

25 iyun 2021, 12:06

Mətn ölçüsü

Prezident İlham Əliyevin iyunun 24-də imzaladığı sərəncamlarla işğaldan azad edilən ərazilərimiz uğrunda döyüş əməliyyatlarında igidlik və şücaət nümayiş etdirdikləri üçün təltif edilən hərbi qulluqçulardan biri də Medianın İnkişafı Agentliyinin əməkdaşı Vasif Dilavərzadədir.

News24.az-ın məlumatına görə, Vətən müharibəsi qazisi Dilavərzadə Vasif Rasif oğlu Prezidentin Sərəncamlarına əsasən, “İgidliyə görə”,  “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.