"Elə olmasın ki, kəndlər Ərəbistanın çöllərinə bənzəsin" - Deputatdan "Azərsu"ya müraciət

"Elə olmasın ki, kəndlər Ərəbistanın çöllərinə bənzəsin" - Deputatdan
SOSİAL

25 iyun 2021, 13:08

Mətn ölçüsü

“Sanki “Azərsu” bizlə bəhsəbəhs edir. Mənim Zaqatalanın kəndlərindəki su problemi ilə bağlı qaldırdığım hər müraciətdən sonra vəziyyət çətinləşir”.

Bunu deputat Elşən Musayev parlamentdə deyib. O qeyd edib ki, su problemi ilə bağlı 1000-ə yaxın insan müraciət edib:

“Buradan bir daha “Azərsu”ya müraciət edirəm ki, təcili addımlar atsınlar. Elə olmasın ki, kəndlər Ərəbistanın çöllərinə bənzəsin”. /Bakupost/