USD 1.7
EUR 1.8941
TRY 0.2634
RUB 0.0215
  • Bakı 18°C
  • ŞUŞA 5°C
  • GƏNCƏ 12°C
  • LƏNKƏRAN 12°C
  • ŞƏKİ 13°C
  • QUBA 14°C
  • NAXÇIVAN 12°C

Daşkəsəndə təbii fəlakət rayonu İFLİC etdi

SOSİAL

Mətn ölçüsü

Daşkəsən rayonu ərazisində baş vermiş güclü leysan yağışları səbəbindən yaranmış sel suları rayonun yol, elektrik, qaz və rabitə təsərrüfatlarına, sakinlərin fərdi yaşayış evlərinə və şəxsi təsərrüfatlarına, avtomobillərinə, ərazidə olan sosial obyektlərə, yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan vurub. 

Təbii fəlakət nəticəsində rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib. 

Təzəkənd, Xoşbulaq kəndi ərazisində körpülər, bəzi istirahət-ticarət obyektlərinin köşkləri dağılıb, çay kənarında yerləşən bir neçə fərdi yaşayış evlərini yararsız hala düşüb.  Çoxsaylı kənd yaşayış məntəqələrinin rayon mərkəzi ilə gediş-gəliş əlaqəsi kəsilib. Sel suları xeyli elektrik və rabitə dayaqlarını, 5 ədəd elektrik transformatorunu sıradan çıxarıb. 

Baş vermiş hadisə ilə əlaqədar dərhal Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev operativ qərargah yaradıb, hadisə yerlərinə baxış keçirib. 

Hadisə ilə bağlı aidiyyəti nazirliklərə məlumat verilib.  

//Qafqazinfo.az

Qalereya

1

Xəbəri paylaş:


Oxşar xəbərlər

HADİSƏ
Bakıda ikimərtəbəli ev çökdü
KRİMİNAL / SİYASƏT
İcra hakimi avtomobil qəzasına düşüb
KRİMİNAL / SOSİAL / SİYASƏT
Əhəd Abıyev əməliyyat olundu
SİYASƏT
Zaqatalaya dolu yağıb

Zaqatalaya dolu yağıb

19 sentyabr, 2018