7 ay ölümlə mübarizə apardı - Antiterror tədbirlərinin SON ŞƏHİDİ

7 ay ölümlə mübarizə apardı - Antiterror tədbirlərinin SON ŞƏHİDİ Sosial

Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpası uğrunda həyata keçirilən antiterror tədbirlərində şəhid olan sonuncu hərbi qulluqçumuz Üli Bağırovdur.

News24.az xatırladır ki, 22 yaşlı hərbçimiz döyüşlərdə aldığı ağır xəsarətlərdən sonra 7 komada olub və 2024-cü ilin aprelində şəhidlik zirvəsinə ucalıb.

Bağırov Ülvi Hənifə oğlu 22 mart 2001-ci ildə Salyan rayonunda anadan olub.

O, orta təhsilini Əliağa Kürçaylı adına orta təmayüllü liseydə aldıqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Hərb sənətini seçən Ülvi Bağırov Vətən Müharibəsində də iştirak edib.

Ülvi Bağırov 44 günlük müharibə zamanı Azərbaycanın bir sıra yaşayış məntəqələrinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və göstərdiyi şücaətə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

2023-cü ilin sentyabrında isə Ülvi Bağırovun döyüş yolu Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı davam edib. Azərbaycan Ordusunun hərbi qulluqçusu olan Ülvi Bağırov 19 sentyabr 2023-cü ildə antiterror tədbirləri zamanı ağır yaralanıb.

Hərbi qulluqçu uzun müddət müalicə alıb. 7 ay komada qalan Ülvi Bağırov 7 aprel 2024-cü ildə Hərbi Hospitalda vəfat edərək şəhidlik zirvəsinə ucalıb. Şəhid zabitimiz aprelin 8-də anadan olduğu Salyan şəhərində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb./Modern.az