7 milyondan çox dərslik məktəblərə çatdırılıb - Nazir
Sosial
Yeni tədris ili ilə bağlı dərsliklərin məktəblərə çatdırılması prosesi davam edir.
News24.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, artıq 7 milyondan çox dərslik məktəblərə çatdırılıb.
Eyni zamanda, 325 adda dərsliyin çapı yekunlaşıb.
Bildirilib ki, 49 dərsliyin məzmunu müasir standartlara uyğunlaşdırılıb.