"Apple" və "Facebook"un səhmləri ucuzlaşıb

"Apple" və "Facebook"un səhmləri ucuzlaşıb
SOSİAL / SİYASƏT

20 noyabr 2018, 09:58

Mətn ölçüsü

ABŞ-ın “The Wall Street Journal” nəşrinin informasiya texnologiyaları nəhəngləri sayılan "Apple" və "Facebook" haqqında yazdıqları adı çəkilən şirkətlərin səhmlərinin dəyərdən düşməsi ilə nəticələnib. 

Məlumata görə, “Apple”ın bazar dəyəri 3,5%, “Facebook”un bazar dəyəri isə 5,4% azalıb. 
Xatırladaq ki, “The Wall Street Journal” “Facebook”un istifadəçilərin təhlükəsizliyinə laqeyd yanaşmaqda ittiham etmişdi, “Apple”ın isə tələbatın aşağı olması ilə əlaqədar yeni “iPhone”ların istehsalının azaltdığını iddia etmişdi. 

//Report