Bakı Olimpiya Stadionu müvəqqəti bağlanır
    • 23-11-2018, 18:20
    • 1 439

Bakı Olimpiya Stadionu müvəqqəti bağlanır

2019-cu il mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçiriləcəyi nəzərə alınaraq, UEFA-nın Təşkilat Komitəsinin planına uyğun hazırlıq işləri ilə əlaqədar gələn ilin mart ayından etibarən Bakı Olimpiya Stadionu digər tədbirlər üçün qapalı olacaq.
 
2020-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının böyük azarkeş kütləsinin izləməsi ehtimal olunan ev oyunu təqvimə əsasən 2019-cu ilin mart-may aylarına təsadüf edərsə, həmin qarşılaşmanın səfərdə keçirilməsi ilə bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət olunub. 
 
Hazırda məsələyə UEFA tərəfindən baxılır.
 
Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək.

//İnterAz