Əməliyyat edilən xəstə iflic oldu - Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ
    • 27-11-2018, 13:09
    • 1 501

Əməliyyat edilən xəstə iflic oldu - Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ

Bakıda dövlət xəstəxanasına yerləşdirilən xəstə əməliyyatdan sonra iflic olub.

Hadisə bu gün Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Akif Paşayev prostat əməliyyatı olunan zaman komaya düşüb. Sonra onun iflic olduğu məlum olub. Xəstə hazırda reanimasiyaya yerləşdirilib.

Xəstənin yaxınları bildirir ki, ona yardım üçün Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından səhər saat 7-də həkim çağrılsa da,nevropatoloq bu saatlarda gəlib çıxıb. Həkim gəlib, əməliyyat etsə də xəstənin səhhətində heç bir irəliləyiş qeydə alınmayıb. Əksinə A.Paşayevin vəziyyəti daha da ağırlaşıb. Xəstə hazıda komadadır.

//Unikal.org