Acunun keçmiş arvadı — “Ailə dağıdanın ailəsi olmaz”

Acunun keçmiş arvadı — “Ailə dağıdanın ailəsi olmaz”
SOSİAL / ŞOU-BİZNES / SİYASƏT

29 noyabr 2018, 19:00

Mətn ölçüsü

Acun İlıcalı Şeyma Subaşı ilə evlənmək üçün Zeynəb Yılmazdan boşanmışdı.

Acun və Şeyma boşandıqdan sonra Zeynəb sükutu pozub. O, yaxın dostlarına “Ailə dağıdanın ailəsi olmaz” deyib.
Zeynəb Yılmaz dünən axşam İngiltərədə yaşayan türk dizayner Zeynəb Qartalın təşkil etdiyi tədbirdə podiuma çıxıb. Acunla Şeymanın boşanmasından sonra Zeynəb ilk dəfə kamera qarşısına çıxıb. Podiumda o, xoşbəxt görünüb.

Tədbirdən sonra Zeynəb Acun və Şeymanın boşanması barədə açıqlama verməyib. O, yaxın dostlarına “Bunun belə olacağı məlum idi. Ailə dağıdanın ailəsi olmaz” dediyi məlum olub.

//Olke.az