USD 1.7
EUR 1.8385
TRY 0.2518
RUB 0.022
  • Bakı 8°C
  • ŞUŞA -3°C
  • GƏNCƏ 4°C
  • LƏNKƏRAN 3°C
  • ŞƏKİ 3°C
  • QUBA 2°C
  • NAXÇIVAN 7°C

Deputat Nizami Cəfərov əməkdar artisti müdafiə etdi...

SOSİAL / ŞOU-BİZNES / SİYASƏT

Mətn ölçüsü

Xalq artisti Rasim Balayevin Əməkdar artist Elza Seyidcahanı sərt tənqid etməsi barədə məlumat vermişdik. Xalq artisti çıxışı zamanı zövqlərin korlandığını, televiziyalardakı özbaşınalığın artdığını qeyd edib.

"Elza Seyidcahan şeirlər oxuyur. Ona deyən yoxdur ki, get, işinlə məşğul ol. Sən şair deyilsən", - deyə Rasim Balayev vurğulayıb.
Xalq artistinin bu fikirlərinə deputat, akademik, filologiya elmləri doktoru Nizami Cəfərov münasibət bildirib.

N. Cəfərov Rasim Balayevdən fərqli olaraq Elza Seyidcahanın şeirləri haqqında müsbət fikirdə olduğunu bildirib: "Bu, heç söhbət deyil. Elza Seyidcahana heç kim "sən şair deyilsən" deyə bilməz. Niyə? Ona görə ki, ümumiyyətlə heç kimə - yazı yazana, şeir yazana "sən şair deyilsən" demək olmaz. Ona qalsa, dünyada da, Azərbaycanda da çox məşhurlaşan şairlər olub ki, şair deyillər. Ya kimin üçünsə şair deyillər, ya ümümi böyük sənət dəyərləri baxımından şair deyillər. Ona görə də bu, absurd söhbətdir".

Millət vəkili Nizami Cəfərov əməkdar artist Elza Seyidcahanın zəngin düşüncəli bir xanım olduğunu deyib: "Elza Seyidcahan çox hissiyatlı, çox zəngin düşüncəli, yaxşı oxuyanı, həm də çox məzmunlu bir xanımdır. Axı kim Elza Seyidcahandan hansısa şairlik standartları tələb edir və ya onun özü şairlik iddiasındadırmı, gəlib Azərbaycan şairlərinə başçılıqmı etmək istəyir? Biz niyə ona deyək ki, sən şair deyilsən? Ona görə də ümumiyyətlə heç kimə elə demək olmaz. Axı Rasim Balayev müdrik, istedadlı, həmçinin, şeiri, ədəbiyyatı bilən adamdır"...

"Elza Seyidcahanın yazdığı şeirlərlə tanışsınızmı, məlumatınız varmı?" sualımıza millət vəkilinin cavabı belə oldu: "Bəli, onun yazdığı şeirlərdən xəbərim var. Elza Seyidcahanın şeirlərinə qulaq asmışam, yaxşı şeirləri də var, şeirlərində yaxşı ifadələr də var, yaxşı hissiyyatlar da var. Amma təbiidir ki, böyük şair deyil. Elza xanım birbaşa incəsənətlə məşğuldur. Şeiriyyat Elza Seyidcahanın ruhunda, canında olmasa, elə gözəl oxuya bilməz. Hamıda şairlik qabiliyyəti var. Elza Seyidcahan müəyyən şeirlər yazır, çox böyük iddialarla yazmır ki. Vallah, Yazıçılar Birliyinin Elza Seyidcahandan qat-qat aşağı səviyyəli şeirlər yazan üzvləri var. Yazıçılar Birliyinə üzvdürlər, amma Elza Seyidcahanın şeirləri onların şeirlərindən yaxşıdır".

Nizami Cəfərov bildirib ki, Elza Seyidcahanın Yazıçılar Birliyinin üzvü olmaq istəməsində də qətiyyən qeyri-adi bir şey yoxdur: "Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin üzvü ola bilər".

//Yeniavaz.com

Xəbəri paylaş:


Oxşar xəbərlər