"Problemimi həll etdim, anamla maraqlanmadım" - Tünzalə
    • 1-12-2018, 16:12
    • 1 585

"Problemimi həll etdim, anamla maraqlanmadım" - Tünzalə

"Bitib hər şey. Yanvarın 15-də biləcəm xəstəliyim nə yerdədir. İnanıram ki, gözəl xəbər alacam. Tam olaraq cavabı görməyincə, rahatlamayacam".

Bu sözləri xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva "Bizimləsən" verilişində deyib. Anasını itirən aktrisa ondan danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Çox fikirləşdim... Anamın hadisəsi üstümə yüklənəndə dedim ki, ay Allah nə yaxşı xəstəliyi mənə verdin, anamı əlimdən aldın. Sənə şükür etməyə başladım. Anamı Gəncəyə göndərdim. Getdim ki, anamın gözləri zillənib. Baxdım əlləri soyuqdur. Həkim yoxladı ürəyi yaxşı, qan sızma riski yoxdu. Özümə bağışlamıram ki, gərək tez gedərdim. Verilişə gəldim, problemlərimi həll etdim, anamla maraqlanmadım. Anam görmürdü mən burdayam".

Tünzalə daha sonra atasının onu izlədiyini yadına salıb və danışmayıb. O bildirib ki, atası da onun xəstəliyindən xəbərsizdir.