Borcu olanların işığı kəsiləcək — XƏBƏRDARLIQ
    • 20-12-2018, 13:51
    • 1 103

Borcu olanların işığı kəsiləcək — XƏBƏRDARLIQ

“Azərişıq” ASC elektrik enerjisinə görə borcu yaranmış abonentlərə xəbərdarlıq edib.

News24.az xəbər verir ki,  debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 25 dekabr 2018-ci il tarixində saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. 

““Azərişıq” bir daha xəbərdarlıq edir ki, borca görə elektrik enerjisinin təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək. 

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur”.