Bakı metrosunda həyəcanlı anlar – Qatar 11 dəqiqə tuneldə qaldı? - VİDEO
    • 19-07-2018, 16:41
    • 1 225

Bakı metrosunda həyəcanlı anlar – Qatar 11 dəqiqə tuneldə qaldı? - VİDEO

Bu gün günorta saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Bu barədə sosial şəbəkələrədə yazılıb. Bildirilib ki, bu gün saat 12:59-da “Ulduz” stansiyasından “Koroğlu” stansiyasına gedən istiqamətdə qatar tuneldə qalıb. Bildirilir ki, qatar saat 13:10-a qədər tuneldə qaldığından sərnişinlər qorxuya düüşblər.

Bildirilir ki, 11 dəqiqə ərzində tuneldə qalan qatar platformaya çıxarıldıqdan sonra sərnişinlər boşaldılıb. Həmin qatarda texniki nasazlıq olduğuna görə onu depoya göndəriblər.

Məsələyə aydınlıq gətirmək üçün "Bakı Metropoliteni" QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında həmin saatda həqiqətən qatarda texniki nasazlıq yarandığını təsdiqlədi. Onun sözlərinə görə, qatar deyildiyi kimi tuneldə deyil, platformada xarab olub.

“Həqiqətən də saat 12:59-da metronun “Koroğlu” stansiyasında qatarda nasazlıq yaranıb. Sərnişinləri düşürdüblər və qatar depoya gedib. Hadisə zamanı halı pisləşən olmayıb. Üzü “neftçilər” stansiyasında qatarların intervalında hardasa 3-4 dəqiqə gecikmə olub. Sonradan problem aradan qaldırılıb”, - deyə Bəxtiyar Məmmədov bildirib.

//BAKU.WS