Eldar Əzizov xanım müdiri vəzifəsindən azad etdi  - TƏYİNAT
    • 26-12-2018, 18:15
    • 1 069

Eldar Əzizov xanım müdiri vəzifəsindən azad etdi - TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sektor müdirini işdən çıxarıb.

Eldar Əzizovun müvafiq əmri ilə, Kadr məsələləri sektorunun müdiri Gülarə Mustafa qızı Mürsəliyeva vəzifəsindən azad olunub. Onun yerinə isə İlahə Həsənzadə təyin olunub.

O, bu təyinata qədər Səbail Rayon İcra Hakimiyyəti Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində Məsləhətçi (kadrlar üzrə işin aparıcısı) vəzifəsində çalışıb.

Xəbəri Bakı Şəhər İcra Hakmiyyətindən təsdiqləyiblər.

//Unikal