Azərbaycanda orta ömür açıqlandı

Azərbaycanda orta ömür açıqlandı
SOSİAL / SİYASƏT

05 yanvar 2019, 19:00

Mətn ölçüsü

Azərbaycanda son illərdə, 2011-ci ildən 2017-2018-ci ilə qədər ölənlərin sayı artmayıb, ancaq doğuşun həcmi azalıb.

Bunu  açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O, qeyd edib ki, doğum göstəricilərinin aşağı olması valideynlərin, xüsusilə, gənc ailələrin bir, ən yaxşı halda iki uşağa üstünlük verməsi ilə bağlıdır.

Yəni, nəticə etibarı ilə doğum azalır, amma ölüm də artmır, insanların ömrü ilbəil uzanır.

Bununla həm də insanların orta ömrü artmış olur”, – deyə, komitə sədri bildirib.

Deputat qeyd edib ki, bu gün Azərbaycanda orta ömür müddəti 75,2 ildir.

//OxuAz