91 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib - Nazir açıqladı

91 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib - Nazir açıqladı Sosial

2022-2026-cı illər ərzində təşkil olunmuş imtahanlarda 104 435 müəllim iştirak edib.

News24.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən "Sertifikatlaşdırma 2026: Səriştəli Müəllim – Keyfiyyətli Təhsil" mövzusunda tədbir zamanı deyib.

Nazirin sözlərinə görə, sözügedən müəllimlərdən təxminən 60 818 müəllimin əməkhaqqına 10% əlavə edilib. Yüksək nəticə göstərmiş 30 590 müəllimin maaşı 35% artıb.

Ümumilikdə isə 91 408 müəllimin əməkhaqqına əlavələr edilib.

E.Əmrullayev qeyd edib ki, hər iki cəhddə uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib.

Nazir həmçinin qeyd edib ki, bütün müəllimlər ən azı bir dəfə sertifikatlaşdırma prosesinə cəlb olunublar./Unikal/