Anar Hüseynova yeni vəzifə verildi- TƏYİNAT
    • 7-01-2019, 12:00
    • 1 107

Anar Hüseynova yeni vəzifə verildi- TƏYİNAT

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. 

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib. "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb.

Qurumun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 26 MMC daxildir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a məlumatı təsdiqləyiblər.

Anar Hüseynov daha əvvəllər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("Asan Xidmət") İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

//ModernAz