Bakı-Sumqayıt qatarları iki gün işləməyəcək
    • 11-01-2019, 10:44
    • 992

Bakı-Sumqayıt qatarları iki gün işləməyəcək

12 və 13 yanvar 2019-cu il tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.


Bu barədə News24.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Məlumata görə, ləğv edilmə Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədardır.