Hava şəraiti ilə bağlı yol polisi sürücülərə müraciət edib

Hava şəraiti ilə bağlı yol polisi sürücülərə müraciət edib
SOSİAL / SİYASƏT

16 yanvar 2019, 16:29

Mətn ölçüsü

“Hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən imtina edilməlidir. Yalnız ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməlidir”.

Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, hava şəraitindən aslı olaraq sürücülər avtomobillərini etibarlı yerlərdə park etməlidir: “Hava şəraiti ilə əlaqədar yollarda sürüşmə ehtimalı arta bilər. Mümkün qədər yol hərəkəti qaydalarına əməl etmək, nizam-intizamlı olmaq lazımdır”.

V.Əsədov piyadalara da müraciət edərək qeyd edib ki, onlar xüsusi olaraq piyadalar üçün ayrılan zolaqla hərəkət etməlidirlər: “Piyadalar bütün təhlükəsizlik qaydalara riayət etməlidirlər”.

DYP sözcüsü onu da bildirib ki, yol polisi gücləndirilmiş iş rejimində çalışacaq: “Enişli, yoxuşlu, sərt döngələr tərəfimizdən nəzarətə götürüləcək. Yol birləşmələrində hərəkəti nizamlamaq üçün əməkdaşlarımız nizamlayıcı qismində olacaq. Ona görə sürücülər nizamlayıcının hərəkətlərinə diqqət yetirməlidirlər”.

//Report.az