Azərbaycanda keçmiş məhkəmə hakimi həbs edildi
    • 28-01-2019, 16:57
    • 1 273

Azərbaycanda keçmiş məhkəmə hakimi həbs edildi

Nəsimi Rayon Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Xətai rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Sonra prokuror təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz edilməsini haqqında vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib və T.Zeynalov məhkəmə iclas zalında həbs edilib.

Qeyd edək ki, T.Zeynalova qarşı zərərçəkmiş şəxs Asif Bağırovun şikayəti əsasında iş başlanılıb. O, zərərçəkmişin 20 min manat məbləğində pulunu ələ keçirməkdə ittiham edilir.

//OxuAz