Ağdaşın bir sıra ərazilərində qaz kəsildi
Sosial
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib.
Saat 18:00-dan işlər yekunlaşanadək Ağdaş rayonunun H.Əliyev prospekti, Vaqif, SU-18, S.Səlimoğlu, İ.Millətoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov, İstiqlal küçələri və Qarasuqumlaq kəndinin qaz təchizatı müvəqqəti dayandırılıb.
News24.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.