Agentlik sədri yeni şöbə müdiri təyin etdi - FOTO

Agentlik sədri yeni şöbə müdiri təyin etdi - FOTO Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinat olub.

News24.az xəbər verir ki, bununla bağlı DTSEA-nın İdarə Heyətinin sədri Ramin Rzayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ümid Daşdəmirov agentliyin Strateji planlaşdırma, innovasiya və layihə idarəetməsi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Ü.Daşdəmirov bundan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində çalışıb.

Qeyd edək ki, adıçəkilən şöbənin əvvəlki rəhbəri Fuad Nəbiyev idi. O, bu ilin iyul ayında Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunub./Unikal/


  • Agentlik sədri yeni şöbə müdiri təyin etdi - FOTO