Ailə başcısını itirən 180 mindən çox şəxs pensiya və müavinət alıb
Sosial
2021-ci ilin iyul ayında ailə başcısını itirməyə görə 180 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
Bu barədə News24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, onlardan 131 min nəfərdən çoxu pensiya, 48 min nəfərdən çoxu isə müavinət alıb.