Alimlər yuxusuzluğun çarəsini tapdı - Dərmansız

Alimlər yuxusuzluğun çarəsini tapdı - Dərmansız Sosial

Yatağın yüngül və ritmik şəkildə yellənməsi yuxusuzluqdan xilas olmağın ən yaxşı youdur.

News24.az xəbər verir ki, həkimlər yatağın təxminən hər 4 saniyədən bir sağa-sola hərəkət etdirilməsinin gecə oyanmalarını azaltdığı və yuxu keyfiyyətini artırdığını bildiriblər.

Onların fikrincə, yellənmə daxili qulaqdakı vestibulyar sistemi stimullaşdıraraq beyində yuxunu tənzimləyən mexanizmlərə təsir göstərir. Onlar gələcəkdə bu prinsip əsasında xüsusi “ağıllı” çarpayıların hazırlanmasının mümkün olduğunu bildirirlər. Bununla belə, araşdırmanın kiçik qrup üzərində aparıldığı və nəticələrin daha geniş tədqiqatlarla təsdiqlənməli olduğu qeyd edilir.