"Apteklərdə satılan maskaların qoruyuculuğu yoxdur"- - TƏBİB-in NÜMAYƏNDƏSİ-VİDEO

"Apteklərdə satılan maskaların qoruyuculuğu yoxdur"- - TƏBİB-in NÜMAYƏNDƏSİ-VİDEO Sosial
TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev bu gün keçirilən mətbuat konfransında çıxış edib.

News24..az-ın xəbərinə görə, o apteklərdə satılan maskaların qoruyuculuğunun olmadığını deyib: "Onun sözlərinə görə, maskanı bütün respirator infeksiya daşıyıcı olan şəxslər taxmalıdır:

"Sağlam insanın maska taxması mühüm deyil. Qoruyuculuğu yüksək olan maskalar ancaq tibb işçiləri üçün istehsal olunur. Bu da apteklərdə satılmır".