Astronavtlar Ayın əsl görünüşünü açıqladılar
Sosial
NASA-nın “Artemis II” missiyasında iştirak edən astronavtlar Ayın uzaq tərəfindən qayıtdıqdan sonra maraqlı müşahidələrini bölüşüblər.
News24.az xəbər verir ki, onların sözlərinə görə, Ay səthi tam boz deyil və müxtəlif rəng çalarlarına malikdir.
Onların sözlərinə görə, Ayın səthində qəhvəyi, yaşıl və fərqli parlaq tonlar müşahidə edilib. Xüsusilə Aristarx yaylasında görünən yaşıl rəngli minerallar alimlərin diqqətini çəkib.
Mütəxəssislər hesab edir ki, bu minerallar Ayın daxilindəki qədim maqma və geoloji proseslər haqqında vacib məlumat verə bilər.
Astronavtlar missiyadan əvvəl xüsusi geoloji təlim keçiblər və müşahidələrini həm fotoşəkillərlə, həm də səsli qeydlərlə sənədləşdiriblər.