Azərbaycanlı alimlər Seulda beynəlxalq elmi toplantıda - FOTOLAR
Sosial
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları – Ümumi cərrahlıq kafedrasının professoru Novruz Hacıyev və kafedranın dosenti, tibb elmləri doktoru Elman Tağısoy Cənubi Koreyanın Seul şəhərində keçirilən “LMCE 2026 & 67 KSLM” beynəlxalq elmi toplantısında iştirak ediblər.
News24.az xəbər verir ki, tədbirə fəxri qonaq kimi dəvət olunan Novruz Hacıyev “Creation of Next-Generation Intelligent Laboratories in Azerbaijan: Challenges and Development Prospects” (“Azərbaycanda yeni nəsil intellektual laboratoriyaların yaradılması: çağırışlar və inkişaf perspektivləri”) mövzusunda məruzə ilə çıxış edib.
Professor eyni zamanda “The Importance of NLR and SIRI in Acute Cholecystitis” (“Kəskin xolesistitdə NLR və SIRI göstəricilərinin əhəmiyyəti”) adlı poster məruzə təqdim edib. Məruzədə kəskin xolesistitin qiymətləndirilməsində iltihabi göstəricilərin əhəmiyyəti ilə bağlı tədqiqatı önə çıxarılıb.
Qeyd edək ki, Novruz Hacıyev və Elman Tağısoy sözügedən nüfuzlu tədbirə Azərbaycandan qatılan ilk qonaqlar olub.