Avropa Komissiyası X-i “bağlamaqla” - hədələyir

Avropa Komissiyası X-i “bağlamaqla” - hədələyir Sosial

Britaniyanın baş naziri Keir Starmer və X-in sahibi Elon Musk arasında başlayan müzakirəyə Avropa İttifaqı Komissiyası da qatılıb.

News24.az xəbər verir ki, Komissiya Maska məktub göndərərək xəbərdarlıq edib.

Avropa Komissiyasının daxili bazardan məsul üzvü Thierry Breton X platformasından göndərdiyi məktubunda Maska İngiltərədəki ifrat sağçı zorakılığı xatırladıb.

Thierry Breton "zərərli məzmunun yayılmasını" dayandırmaq üçün Avropa qanunlarını və hüquqi öhdəliklərini xatırladıb.

"Biz Avropa İttifaqında seçkilərlə bağlı müzakirələr və müsahibələr də daxil olmaqla, böyük siyasi və sosial hadisələrlə bağlı zorakılıq, nifrət və irqçiliyə sövq edə biləcək məzmunun yayılması ilə bağlı potensial riskləri izləyirik", - Breton məktubunda bildirib.

Breton, lazım gələrsə, X-a qarşı əlavə tədbirlər görüləcəyini də bəyan edib.

Günel Məlikzadə




Mask İngiltərədəki ifrat sağçı zorakılıqla bağlı İngiltərənin Baş naziri Keir Starmeri hədəf alıb.


Amerikalı milyarder İngiltərənin immiqrasiya siyasətini tənqid edən paylaşımlar edərək “Vətəndaş müharibəsi qaçılmazdır” deyib.